- 20:25 01.06.2024
Saat 08.00
Səhər yuxudan oyandım və başım çox ağrayır, mədəm qazınır sanki. Özümə gəlmək üçün nə ise yeməliyem mütləq. Anam həmişə deyərdi ki nəsə olsa şirin çay düzəlt iç, halın tez düzələcək. 2 yumurta qaynatdım, evde təndir çörəyi var, şirin çay elədim və səhər yeməyimi yedim..
Saat 11.00
Səhər yeməyimdən hardasa iki saat keçir, diyetoloqlar son zamanlarda deyirlər ki ara öyün etməyin, axı mən əsərəm günorta yeməyini gözləyənədək.
Oturub bir "sport peçenye" ilə çay içim.
Onsuzda şəkərsizdir deyirlər, diyetdə olar..
Çayımı içdim, gözümə işıq gəldi..
Saat 13.00
Günorta yeməyi vaxtıdır. Səhər yeməyi onsuzda doyaraq yeyilməlidir, günortanı bir az kontrollu yeyəcəm. Çox yeyirəm deyə kökəlirəm.
1 pamidor, 1 xiyar salat hazırladım.
Yağ vurmadım kalorisi az olsun.
1 dilim diyetik çörək götürdüm, evde bişən yeməklə yedim.
Belə getsəm düşünürəm arıqlayacam.
Saat 16.00
Əsirəm aclıqdan. Mütləq bir parça şokaladla çay içməliyem ki özümə gəlim. Anam da, qonşumuz Gülnarə xala da deyirdi həmişə ki şokalad qan artırır.
Ohh, içdim çayımı şokaladımla gözümə işıq gəldi.. Amma diyetik şokalad idi qızlar, üzərinə "без сахар" yazılmışdı.
Saat 18.00
Axşam az yeyecem. Deyirlər axşamı yeməsən yaxşı arıqlayarsan.
Özümə kokteyl hazırladım, bir səhifədə görmüşdüm deyir bir başa qarındakı piyləri əridir..
Kokteylimidə içdim, yansın yağlar. Artıq heç nə yeyen deyiləm..
Saat 22-23. 00 olardı.
Aclıqdan gözüm qaraldı, başım fırlandı.. Nə etdiyimi bilmədim. Açdım soyuducunu, diyeti pozmaq olar arada.
1 dilim pendir yedim çörəklə..
Sonra nece oldu bilmirəm dediyim o diyetik şokaladı da bitirdim 1 paçkasını..
Günorta qalan yeməyi isitdim, qəşəng çörəklə yedim. Və inanın heç özümdə deyildim. O an özümü itirmişdim, hər şey bitdikden sonra özümə gəldim ve mən bütün günü yediyim yeməklərin daha artığını bu aclıq krizi anında yemişəm..
Əslində sosial şəbəkələrdə nə yazılır onu etdim.. Deyəsən məndə alınmır..
Ehh, 3 günlük dünyadır..
Yeyin, için keyf eləyin..
Bu hekayə insulin dirənci olan birinin bir günü idi , əziz oxucu.
Siz də bu yazıda özünüzü gördünüzsə deməli bir an öncə bu məsələnin üzərinə düşməli və problemin həlli yollarını axtarmalısınız , çünki növbəti mərhələ Diabetdir.
Dietoloq-Epigenetik kouç Səma Cəbiyeva