- Xəbər news
- 22:34 14.11.2024
Yunan-Roma və qadın güləşçilərimizin Paris-2024-ə yollanmaq üçün son şansı qalıb.
90deqiqe.az xəbər verir ki, Bakıda keçirilən güləş üzrə Avropa olimpiya təsnifat turniri milli komandamız üçün elə də uğurlu başlamadı. İlk gün döşək üzərinə çıxan 4 yunan-Roma güləşçilərimizdən heç biri ümidləri doğrultmadı. Növbəti gün isə mübarizəyə heyətində dörd olimpiya mükafatçısı Mariya Stadnikin də olduğu qadınlardan ibarət seçməmiz qoşuldu. Burada da gözləntilər idmançılarımızdan heç biri lisenziya əldə edə bilmədilər. Yarımfinala kimi bütün rəqiblərini asanlıqla məğlub edən Mariya Stadnik isə Paris-2024-ə vəsiqə döyüşündə ukraynalı güləşçiyə sona 11 saniyə qalmış məğlub olaraq bütün ümidləri İstanbula saxladı.
Üzümüz turnirin son günündə gələn xoş qalibiyyətlərlə güldü. Sərbəst güləş millimizin heyətində mübarizəyə qoşulan 5 idmançımızın hər biri olimpiadada iştirakı təmin edərəl ölkəmizin ümumi lisenziya sayını 16-ya çatdırdı.
İndi yunan-Roma və qadın güləşçilərimizin olimpiada üçün yeganə ümidi mayın 9-12-si tarixlərində istanbulda keçiriləcək Dünya Olimpiya Təsnifat Turnirinə qalıb. Burada isə reqlament Bakı turnirindən bir qədər fərqlidir. Əgər ölkəmizin paytaxtındakı yarışda finalçılar - yəni ilk iki yerin sahibləri lisenziya qazanırdılarsa, bu dəfə hər çəkidə 3 idmançı olimpiya oyunlarına vəsiqə əldə edəcək. Finala çıxan idmançılarla yanaşı üçüncü yeri tutmuş iki güləşçi öz aralarında mübarizə aparacaqlar və qalib gələn tərəf lisenziyanı təmin edəcək.