- Xəbər news
- 01:00 22.01.2026
Qazaxıstan Premyer Liqasında 19-cu turun oyunları keçirilir.
Corner.az xəbər verir ki, milli komandamızın qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" öz meydanında “Kayrat”la üz-üzə gəlib. Səkkiz qolun qeydə alındığı görüşdə qonaqlar qələbə qazanıb – 5:3. Balayev qollardan birini penaltidən buraxıb.
Qeyd edək ki, 19 turdan sonra 39 xalı olan "Tobol" turnir cədvəlinə başçılıq edir. "Astana" isə 38 xalla 2-cidir.
Xatırladaq ki, bu gün "Tobol" baş məşqçisi Vadimir Qazzayevlə yolları ayırdığını açıqlayıb.