- 16:46 13.03.2024
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bədii gimnastika üzrə Gürcüstanın paytaxtı Tibilisidə “Venera Cup” beynəlxalq turniri keçirilib.
90deqiqe.az xəbər verir ki, 7 ölkədən 250-ə yaxın gimnastın iştirakı ilə keçirilən yarışda "ProSport Gimnastika klubu" böyük komanda şəklində qüvvəsini sınayıb.
29 gimnast fərqli kateqoriyalarda individual və qrup çıxışları ilə yarışda fərqlənməyi bacarıblar. Yekunda "ProSport" atletləri 49 qızıl, 8 gümüş və 5 bürünc medal əldə ediblər.