31 yanvar 2026. Şənbə

Son 1 ilin ən yaxşı klubları: "Qarabağ" 48-ci pillədə!


Son 1 ilin ən yaxşı klubları: "Qarabağ" 48-ci pillədə!

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 1 aprel 2023-cü il - 31 mart 2024-cü il tarixləri arasında "dünyanın ən yaxşı komandaları"nın siyahısını açıqlayıb.

90deqiqe.az xəbər verir ki, siyahıda ilk 10-luqla yanaşı digər pillələrdə ictimaiyyətə təqdim edilib. 

Sıralamada son Azərbaycan çempionu "Qarabağ" 176,75 xalla 48-ci yerdə qərar tutub. Ağdam klubu "Mançester Yunayted", "Napoli", "Vilyarreal", "Reyncers", "Brayton", "Əl-Hilal" kimi klubları qabaqlamağı bacarıb. 

Aktivində 62 xalı olan "Neftçi" 377-ci, 58,75 xalı olan "Sabah" isə 413-cüdür. 







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO