- Xəbər news
- 01:00 22.01.2026
Almaniyanın “Audi” şirkəti “Barcelona” ilə əməkdaşlığı dayandırıb.
Corner.az xəbər verir ki, “Audi”nin “Barcelona” ilə olan əməkdaşlıq müqaviləsinin müddəti iyunun 30-da bitib və yeni müqavilə imzalanmayıb. Bu barədə İngiltərənin “The Sun” nəşri məlumat yayıb.
Məlumatda, “Audi” müqavilə müddətində “Barcelona”lı futbolçulara verdiyi avtomobillərin geri qaytarılmasını istəyib. Hazırda Yaponiyada təlim-məşq toplanışında olan “Barcelona”nın İspaniyaya qayıtdıqdan sonra avtomobilləri geri qaytaracağı gözlənilir.
“Barcelona” ilə “Audi” 2006-cı ildən əməkdaşlıq edirdi. Kataloniya təmsilçisinin futbolçusu Lionel Messi “Audi” şirkətindən son olaraq dəyəri 130 min funt-sterlinq olan “RS-6” markalı avtomobili seçmişdi.(komanda)