- 20:25 01.06.2024
Yetəri qədər üzərinə düşülməyən bir sağlıq problemi : Vitamin D çatışmazlığı.
Artıq bu vitaminin imun sistemi üzərinde, yağ metobolizması üzərinde olna təsirlərini demək olarki bilməyən azdır.
Sizlər D vitamini aldığınızı düşünə bilərsiz amma bəzi yanlışlar əslində sizi bu mövzuda olduğunuz yerde saxlayacaq..
Gəlin D vitamini almağımızı əngəlləyən yöntəmlərə nəzər salaq.
UV (ultrabənövşəyi) şüalarının olduğumuz yerə çatanda günorta saatlarında günəşə çıxmamaq.
Təəssüf ki, bizə illərdir 11: 00-dan əvvəl və ya 16: 00-dan sonra günəşə çıxmaq tövsiyə edilib.
Günəşdən qoruyucu kremlərdən istifadə etmək və sonra yuyunmaq.
Günəşin UV (ultrabənövşəyi) şüaları ilə bədənimiz arasında günəşdən qoruyucu, bulud və ya şüşə varsa, bu şüalar bədənimizə çata bilmir. Günəş vannasından sonra isti su ilə sabunla yuyunmaq və ya yuyunaraq kisələnmək də D vitamini sintezinin qarşısını alır. Yalnız soyuq və ya ilıq duş alınmalıdır.
Süni yolla qaralma (solyari) modası səbəbindən kifayət qədər D Vitamini sintez edilə bilinməməsi.
Dərinin rəngi qaraldıqca D vitamini sintezi azalır.
Artıq çəki və ya piylənməsi olmaq.
Kilo artdıqca D Vitamininə ehtiyac da artır. D vitamini əskik olanların arıqlaması da çətindir. Bu qapalı dairə mütləq pozulmalıdır.
Maqnezium çatışmazlığı.
D vitamini maqnezium çatışmazlığında funksiyalarını yerinə yetirə bilmir. D vitaminini metabolizə edən bütün fermentlər üçün maqnezium tələb olunur.
Bağlı məkanlarda vaxt keçirtmək.
Təəssüf ki, uşaqlar küçədə və ya həyətdə oynamırlar, valideynlər küçədə gəzmirlər, qapalı yerlərdə işləyirlər. Bir sözlə, günəşdən qopmuşuq.
Həkimlər arasında D vitamininin optimal səviyyəsi İlə bağlı bir fikir birliyinin olmaması.
D vitamini səviyyəsi 10-20 arasında olan xəstələrə belə D vitamini təyin etmək istəməyən həkimlərimiz var.
D vitamini həyati önəm daşıyır, bu mövzunu gözardı etməyin, mütləq özünüzün və uşaqlarınızın sağlığı üçün D vitamin dəyərlərinizə baxdırın.
Hər kəsə sağlıq arzulayıram
Dietoloq-Epigenetik kouç Səma Cəbiyeva