- Xəbər news
- 11:08 07.02.2025
Misli Premyer Liqasının 31-ci turunda keçiriləcək “Qarabağ” – “Qəbələ” qarşılaşmasının biletləri bu gün saat 12:00-dan etibarən iticket.az-da satışa çıxarılacaq.
90deqiqe.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.
Biletlər bu gün iticket.az-da onlayn, həmçinin oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Qeyd edək ki, qarşılaşma aprelin 20-si saat 16:30da start götürüləcək.