27 iyul 2024. Şənbə

Azərbaycan çempionatında bürünc medalçı bəlli olub


Azərbaycan çempionatında bürünc medalçı bəlli olub

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında bürünc medalın sahibi bəlli olub.

90deqiqe.az xəbər verir ki, 3-cü yerin taleyi MOİK və “Neftçi” arasında matçda müəyyənləşib.

Yarımfinalın uğursuzları mövsümü mükafatla bitirmək üçün meydana çıxıblar. GİN-nin Voleybol Mərkəzində keçirilən görüş "Neftçi"nin asan qələbəsi ilə başa çatıb. Onlar "quru hesabla" qalib gəlməklə, Yüksək Liqanı üçüncü pillədə başa vurublar.

Qeyd edək ki, final matçı aprelin 22-də təşkil olunacaq. Həlledici matçda “Azərreyl” və “Murov Az Terminal” qarşılaşacaq.







Xəbər news