- Xəbər news
- 11:00 29.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Kişi voleybolçuların Yüksək Liqasında bu mövsümün son oyunu keçirilib.x
90deqiqe.az xəbər verir ki, final qarşılaşmasında “Azərreyl” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər. Bakı İdman Sarayında baş tutan qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə bitdiyi üçün "qızıl set" oynanılıb. Burada daha dəqiq çıxış edən birincilər yekunda 3:2 (29:27, 25:27, 19:25, 32:30, 15:13) hesablı qələbə qazanıblar.
Bununla da “Azərreyl” 2023-2024-cü illər mövsümünün qızıl medallarına sahib çıxıb.
Qeyd edək ki, Yüksək Liqada bürünc medalları MOİK-ə 3:0 hesabı ilə qalib gələn “Neftçi” əldə edib.