26 mart 2026. Cümə axşamı

Messi məni hələ də təbrik etməyib - Griezmann


Messi məni hələ də təbrik etməyib - Griezmann

Barcelona'nın futbolçusu Antoine Griezmann komanda yoldaşı Lionel Messi haqda maraqlı açıqlama verib.

Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu argentinalı hücumçunun onu Kataloniya təmsilçisinə keçməsi ilə bağlı hələ də təbrik etmədiyini deyib:

"Messi mənə hələ zəng etməyib, amma Luis Suarez məni təbrik etdi və "xoş gəldin" dedi.Hər kəsdən xoş münasibət görmüşəm. Onlarla eyni paltardəyişmə otağında olduğum üçün xoşbəxtəm. Ümid edirəm ki, hamısına ən yaxşı şəkildə kömək edə biləcəm".

Qeyd edək ki, "Barcelona" bu ay fransalı futbolçu ilə 5 illik müqavilə imzalayıb.







Xəbər news