- Xəbər news
- 21:01 01.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Sumqayıt" Futbol Klubunun əsas komandasının baş məşqçisi Samir Abasov İspaniyada təcrübədədir.
90deqiqe.Az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bir neçə gün öncə Madridə yollanan Abasov əvvəlcə burada "Real" və "Barselona" komandaları arasında baş tutan oyunu izləyib.
Növbəti gün Barselonaya yola düşən baş məşqçi burada bir həftəlik təcrübə keçəcək. "Barselona" klubunun məşqlərini izləyən çalışdırıcı Kataloniya təmsilçisinin məşqçisi Oskar Hernandes və bir sıra digər yerli mütəxəssislərlə bir araya gəlib, fikir mübadiləsi aparıb.
Təcrübə proqramının sonunda onun "Barselona"nın baş məşqçisi Xavi Hernandezlə də görüşü nəzərdə tutulub.
Qeyd edək ki, səfərdə Samir Abasovu klubun fiziki hazırlıq üzrə məşqçisi Cerard Martines müşayiət edir.