27 noyabr 2024. Çərşənbə

MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançının həbs müddəti uzadılıb


MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançının həbs müddəti uzadılıb

Məhkəmə xuliqanlıqda təqsirləndirilən Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barədə qərar qəbul edib.

90deqiqe.Az xəbər verir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində keçirilən iclasda onların hər birinin həbs müddəti bir ay uzadılıb.

Xatırladaq ki, bu ilin fevral ayında Xətai Rayon Məhkəməsinin qərarı ilə baş məşqçi Ruslan Əfəndiyev və onun tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində həbs qətimkan tədbiri seçilmişdi.

Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham ediliblər. Tofiq Musayev və Mehman Məmmədov barələrində isə digər qətimkan tədbiri seçilmişdi.

Qeyd edək ki, hadisə Bakının Səbail rayonu ərazisində qeydə alınıb. Onlar "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Bir qrup idmançı arasında dava düşüb və nəticədə adıçəkilən şəxslər digər idmançı Həsən Əzizovu döyüblər.

Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, 4 nəfər həbs olunub.(report)







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir