9 may 2024. Cümə axşamı

Yemə Krizləri


Yemə Krizləri

Səhər yeməklərində krallar kimi, axşam yeməklərində orta təbəqə, günorta yeməklərində yoxsullar kimi qidalan deyib bilgə insanlar, lakin günümüzün gətirdiyi hazır qidalar, yanlış bilgilər dənizi bizlərdə axşama doğru yemə krizlərinin gərçəkləşməsinə səbəb olur..
Yemə krizlərinin əslində altında yatan bir çox səbəblər var.

 İnsanlar o qədər yalnızlaşıb və o qədər  telefonu ilə zaman keçirir ki, içində olan o boşluğu, duyğusuzluğu və yalnızlığı yemək ilə ört bas etməyə çalışır. Niye yemək burda köməyimizə çatır bəs? - belə bir sual yaranır.

Çünki yemək milyon illərdir insan irqinin həyatda qalma yöntəmidir..
Yaşamaq ve güclü olmaq üçün yemək yeməlidir insan. Bu səbəbdən əsəbi olduğumuzda qorunma mexanizması olaraq, tək qaldığımızda psixaloji olaraq yeməyə yönəlirik.

Beyin bir təhlükə olduğunu ve qorunmaq gərəkdiyi bilgisini bilinc altına göndərir.
Bu  səbəbdən duyğusal yemə krizlərinin önünə keçmək üçün məşğuliyyət çox önəmlidir. Bir özəl həyatınız, özəl işiniz, məşğuliyətiniz olmalıdır. Bir məqsədiniz olmalıdır. Günü doğru planlasanız, özünüzlə barışıq olsanız, heç kimin həyatı ilə yox sadece öz həyatınız ilə (hər mənada) marağlansanız  yemə krizlərinide kontrol altına ala bildiyinizi görəcəksiniz.

İkinci  axşam yemə krizlərinin yaşanmasına səbəb isə , gün boyu yanlış qidalanmadır.

Aşağı kalorili, mən arıqlayacam deyib özünüzü ac buraxmaq, 1 aya 10 kilo verməliyem deyib bədəni strese salıraınızsa , yenə beden eyni şeyi düşünür ve açır aclıq siqnallarını.

Aya 3, 4 kilo verseniz bu 3 aya 9-12 kilo edir. Birde var aya 10 kilo verib 2 aya 15 geri kilo alanlar.  Heç vaxt bu yanlışa düşməyin.

Dəyişim zövglü ve səbr gərəkdirən sürəcdir.
Hər kəsi sevin, bütün yaşayan canlıları amma ən çox özünüzü sevin əzizlərim. Qulaq verin bədənə, ruha, zehninizə, mənliyinizə görün o nə isteyir. Ruhunuza sevgi verin.

Hərəkət edin.
Qonşu 40 günə 20 kilo verib dərdini çəkməyin, yarışa girməyin sizin bədəniniz buna hazırdırmı ilk öncə onunla məsləhətləşin..

Dietoloq-Epigenetik kouç Səma Cəbiyeva







Sağlam qida

Yemə Krizləri
  • 15:43 24.04.2024
Yemə Krizləri
YUXUNUN ÖNƏMİ
  • 12:02 06.04.2024
YUXUNUN ÖNƏMİ
Ramazanda qidalanma
  • 11:16 11.03.2024
Ramazanda qidalanma