- Xəbər news
- 22:34 14.11.2024
Futbol üzrə I Liqada 23-cü tura start verilib. Günün ilk matçında Saatlı Olimpiya İdman Kompleksində “Araz Saatlı” “Karvan”a 2:4 hesabı ilə uduzub. “İmişli” isə doğma azarkeşləri önündə “Zaqatala”ya 2:1 qalib gəlib. Günün əsas görüşündə isə “Qaradağ Lökbatan” MOİK-i qəbul edib.
90deqiqe.az xəbər verir ki, Lökbatan Olimpiya İdman Kompeksinin stadionunda oynanılan Qaradağ Lökbatan” MOİK qarşıdurmasına gözlənilənin əksinə olaraq qonaqlar daha yaxşı başlayıblar. 13-cü dəqiqədə Ramil Orucov fərqlənib. Meydan sahibləri bu qola cavabı 32-ci dəqiqədə Xəlil Bəşirovun dəqiq zərbəsi ilə veriblər və ilk yarı bu hesabla bitib. Fasilədən sonra isə hər iki klubun çoxsaylı cəhdlərinə baxmayaraq hesab dəyişməyib. “Qaradağ Lökbatan”1. MOİK 1.
Qeyd edək ki, I Liqada tura sabah yekun vurulacaq. “Şamaxı” doğma meydanda “Difai Ağsu”, “Mingəçevir” isə “rəvan”la üz-üzə gələcək. Hazırda aktivində 49 xalı olan “Qaradağ Lökbatan” I liqaya liderlik edir. “İmişli” 46 xalla ikincidirsə, “Şamaxı” və “Moik” 42 xalla 3-4-cü yerləri bölüşürlər.