26 mart 2026. Cümə axşamı

"Qarabağ"ın sensasiyalı qələbəsinin 10 ili - VİDEO


"Qarabağ"ın sensasiyalı qələbəsinin 10 ili - VİDEO

Bu gün "Qarabağ"ın Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda Norveçin "Rusenborq" klubu üzərində tarixi qələbəsindən 10 il keçir.

Corner.az-ın məlumatına görə, Ağdam klubu 2009-cu ilin məhz bu günündə adlı-sanlı rəqibini Bakıda müdafiəçisi Rəşad Sadıqovun cərimə zərbəsindən vurduğu möhtəşəm qolla 1:0 məğlub etmişdi. Səfərdə keçirilən ilk matçda 0:0 hesabı qeydə alındığından, bu nəticə təmsilçimizi 3-cü təsnifat mərhələsinə yüksəltmişdi. "Qarabağ"ın avrokuboklardakı əsas uğurları da məhz bu qələbə ilə başlamışdı.

Diqqətçəkən məqamlardan biri də odur ki, "Qarabağ"ın bu tarixi zəfəri Ağdamın ermənilər tərəfindən işğalının 16-cı ildönümünə təsadüf etmişdi.







Xəbər news