- Xəbər news
- 22:11 05.12.2025
Juventus'un futbolçusu Cristiano Ronaldonun model Ketrin Mayorqaya təcavüz etməsi ilə məhkəmə qərar verib.
Corner.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-ın Las Veqas şəhəri məhkəməsi portuqaliyalı hücumçunu heç bir məsuliyyətə cəlb etməyib.
Bildirilib ki, polis istintaqının hesabatı nəzərdən keçirilib və təcavüzlə bağlı sübutların olmadığı aşkarlanıb.
Qeyd edək ki, Ronaldonun 2009-cu ildə Mayorqaya təcavüz etməsi və ona susması qarşılığında 375 min avro verməsi ilə bağlı iddialar yayılmışdı. Ancaq 34 yaşlı oyunçu bu iddiaları təkzib etmişdi.