27 noyabr 2024. Çərşənbə

Avropa kuboku: Cüdoçularımızdan 3 medal


Avropa kuboku: Cüdoçularımızdan 3 medal

Gürcüstanın Telavi şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku start götürüb.

90deqiqe.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisi 1 qızıl və 2 bürünc medal qazanıb.

Cüdoçularımızdan Məhəmməd Rüstəmli (50 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İlkin Qarayevlə (55 kq) və Əli Hümbətov (66 kq) bürünc mükafat qazanıblar. Yığmanın digər üzvləri - Teymur Gülməmmədov (50 kq) və Fəxri Sahibzadə (66 kq) yarışı 5-ci yerdə tamamlayıblar.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan oğlanlar arasında 4 çəki dərəcəsində 9 cüdoçu ilə təmsil olunub.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir