- Xəbər news
- 21:58 14.03.2026
İspaniya millisinin və "Barcelona"nın sabiq futbolçusu Andres İnyesta La Liqanın səfiri təyin olunub.
Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu münasibətlə ona adının və La Liqanın yazıldığı 8 nömrəli forma təqdim edilib. Təqdimetmə mərasimində La Liqanın prezidenti Xavter Teba da iştirak edib.
Qeyd edək ki, hazırda Yaponiyanın "Vissel Kobe" klubunda oynayan İnyesta 2002-2018-ci illərdə "Barselona"da oynayıb.