6 dekabr 2025. Şənbə

Neftçi və Qəbələnin oyunları canlı yayımda


Neftçi və Qəbələnin oyunları canlı yayımda

Neftçi'nin Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Rusiyanın "Arsenal” klubu ilə keçirəcəyi hər iki oyun canlı yayımlanacaq.

Corner.az-ın məlumatına görə, iyulun 25-i "Arsenal” mərkəzi stadionunda, avqustun 1-i isə "Bakcell Arena”da keçirilən görüşlər "CBC Sport” telekanalı vasitəsi ilə birbaşa nümayiş olunacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Sabah Avroliqada mübarizəyə başlayacaq "Qəbələ"nin  ikinci təsnifat mərhələsində evdə Tiflis "Dinamo"su ilə ilk matçı da "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanacaq. Həmin matç isə yerli vaxtla 19:00-da başlayacaq.







Xəbər news