Beylə hörmətsizlik etməmişəm - Zidan
Real'ın baş məşqçisi Zinəddin Zidan Qaret Beylə hörmətsizlik etdiyi iddialarına münasibət bildirib.Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis bu iddiaları təkzib edib. O, heç kimə hörmətsizlik etmədiyini deyib: "Beyl barədə açıq danışacağam. İlk növbədə, heç kimə hörmətsizlik etməmişəm, xüsusilə də bir futbolçuya.Futbolçular mənim üçün çox önəmlidir və hər zaman onların yanındayam. İkincisi, klubun onunla yolları ayırmaq istədiyini bildirdim.Beyl "Bavariya" ilə matçda özü istəmədiyi üçün oynamadı. Klubun onunla yolları ayırmağa hazırlaşdığını, buna görə də oynamağı düşünmədiyini bildirdi".Qeyd edək ki, Zidan Beynəlxalq Çempionlar kubokunda "Bavariya" ilə oyundan sonra Beylin "Real"dan ayrılacağını açıqlamışdı.