6 dekabr 2025. Şənbə

Messiyə cəza və cərimə


Messiyə cəza və cərimə

Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) Argentina millisinin kapitanı Lionel Messini cəzalandırıb.

Corner.az xəbər verir ki, buna onun  qırmızı vərəqə aldığı Çili ilə Amerika kubokunun 3-cü yer uğrunda oyunundan sonra konfederasiyanı korrupsiyada ittiham etməsi səbəb olub. 32 yaşlı hücumçu yarışın təşkilatçılarını Braziliyanının turniri qalibi olmaq üçün çalışdıqlarını söyləyib.

Bu açıqlamasına görə o, 1 oyunluq cəzalandırılıb. Beləliklə, Messi DÇ-2022-nin seçmə mərhələsinin ilk matçında komandasına kömək edə bilməyək. Bundan başqa, Argentina millisinin kapitanı 1500 dollar məbləğində cərimələnib.

Qeyd edək ki, Messi açıqlamasına görə CONMEBOL-dan üzr istəmişdi. Onun üzr istəməyəci təqdirdə,  2 il millinin oyunlarından kənarlaşdırıla biləcəyi iddia olunurdu.(qol)







Xəbər news