6 dekabr 2025. Şənbə

Ronaldo Messi və Neymar'ı geridə qoydu - 1 reklamı ... (FOTO)


Ronaldo Messi və Neymar'ı geridə qoydu - 1 reklamı ... (FOTO)

"Hopper" portalı "İnstaqram"da ən bahalı reklama sahib idmançıların reytinqini dərc edib.

Corner.az-ın məlumatına görə, siyahının ilk pilləsində "Juventus"un futbolçusu Cristiano Ronalo yer alıb. Onun hesabında reklam postu 975 min dollar dəyərindədir.

İkinci pillədə 722 min dollarla Neymar (Braziliya, PSG), üçüncü pillədə 648 min dollarla Lionel Messi (Argentina, "Barcelona") qərarlaşıb.

İlk onluqda futbolçulardan həmçinin, İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem (357 min dollar, 4-cü yer), Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo (256 min dollar, 6-cı), "Real"ın hücumçusu Qaret Beyl (218 min dollar, 7-ci), "Los Anceles Qelaksi"nin hücumçusu Zlatan İbrahimoviç (200 min dollar, 8-ci), "Barcelona"nın futbolçusu Luis Suares (184 min dollar, 10-cu) qərarlaşıb.









Xəbər news