27 iyul 2024. Şənbə

Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb


Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

90deqiqe.Az xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində çıxış edən 35 yaşlı idmançı bürünc medal görüşündə bolqarıstanlı Miqlena Selişkaya tam üstünlüklə qalib gəlib. O, lisenziya uğrunda isə italiyalı Emanuela Liuzzini məğlub edərək Parisə vəsiqəni təmin edib.

Bununla da Mariya Stadnik 5-ci dəfə Olimpiadada çıxış edəcək. 

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi millisinin 3 üzvü - Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) yarışın ilk günündə lisenziyaya sahib çıxıblar.







Xəbər news