11 dekabr 2024. Çərşənbə

Su həyatdır


Su həyatdır

Çox insanlardan  eşidirəm: "Səma xanım,mən su içmirəm,çünki su məni kökəldir" və ya "Su içmədiyim zamanlarda daha arıq görünürəm" və s.

Heç düşünmüsünüzmü,sıfır kalorisi olan,bağırsaqları təmizləyən,qanı filtrləşdirən su niyə kökəltsin?

Doğru qidalanmadığınız zaman su ödəm(şişkinlik)yarada bilir.
Amma kökəltmir!Sadəcə müvəqqəti şişkin göstərir.Səbəbi isə odur ki,zərərli duzlar, artıq karbohidrat , taxıllar və şəkər suyu orqanizmdə saxlayır və xaric olmasına mane olur.
Odur ki,gün ərzində su normanızı mütləq şəkildə qəbul etməlisiniz.
Həddindən artıq unlu məmulatlar qəbul etmək  və duzdur əslində sizi şiş ve kök göstərən. Normasında qəbul ediləndə isə heç de elə olmur. 

Çünki:
1.Yalnız su içməklə-qanda olan şəkərin səviyyəsini azaltmaq və həmçinin qanın hemodinamikasını bərpa etmək mümkündür.

Məsələn:əgər qan analizinizdə eritrositlər, trombositlər, leykositlər normadan yüksəkdirsə,cəmi 2həftə su normanızı qəbul etməklə azaldığının şahidi olacaqsınız.

2.Sistit zamanı,yalnız su qəbulu ilə infeksiyaya təkrar yoluxma riski azalır

3.Qəbizlikdən əziyyət çəkənlər,normasına 500ml su əlavə etməklə 50% vəziyyəti yüngülləşdirə bilərlər

4.Daim su normasını qəbul edən insanlarda ağır böyrək xəstəliklərinə rast gəlinmir.
Bəli,suyu həddindən çox içməkdə böyrəkləri yorur amma hər kəsin bir norması var və o qəbul edilməlidir gün ərzində.

Necə deyərlər,bir inci saflığı varsa da suda,artıq içiləndə dərd verir o da.

Piylənmə mövzusunda keçirilən son beynəlxalq konqresdə də-İNSANLARA SU İÇMƏYİ, suyu düzgün seçməyi, şəkərli içkilərdən imtina etməyi öyrətmək tövsiyyə olunur.

Ödünüzün durğunluğunlaşmasını,daşların əmələ gəlməsini, qəbizliyi, qida pozulmalarını, piylənməni və ya şəkərli diabetin yaranmasını gözləmədən-elə indi Su içməyə başlayın və sağlam vərdişlər formalaşdırın.

Dietoloq-Epigenetik kouç Səma Cəbiyeva







Sağlam qida

Günəş yeyin
  • 20:25 01.06.2024
Günəş yeyin
Xoşbəxtlik hormonu
  • 13:28 18.05.2024
Xoşbəxtlik hormonu
Su həyatdır
  • 10:28 15.05.2024
Su həyatdır
Yemə Krizləri
  • 15:43 24.04.2024
Yemə Krizləri
YUXUNUN ÖNƏMİ
  • 12:02 06.04.2024
YUXUNUN ÖNƏMİ