19 may 2024. Bazar günü

Paris olimpiadasından əldə ediləcək - gəlir açıqlandı


Paris olimpiadasından əldə ediləcək  -  gəlir açıqlandı

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında ehtimal edilən gəliri açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, dördilliyin zirvə yarışının Fransaya 6,7-11,1 milyard avro məbləğində xalis iqtisadi fayda verəcək.

İdman Hüquq və İqtisadiyyatı Mərkəzinin (CDES) dərc etdiyi hesabatda, Oyunlar zamanı Parisə 2,3 milyondan 3,1 milyona qədər biletli turistin gələcəyi təxmin edilir. Onların təxminən 64%-i fransızlardır. Paris Turizm İdarəsinin məlumatına görə, Oyunlar zamanı Parisə səfər edənlər təqribən 2,6 milyard avro xərcləyəcəklər.

2024-cü il Oyunlarının təşkilinə ayrılan özəl maliyyənin böyük hissəsi, yəni 7 milyard avrosu media hüquqları, sponsorlar, bilet satışı və uzunmüddətli infrastruktur layihələrinə özəl investisiyalardan əldə edilir. Buna BOK-un 1,7 milyard dollarlıq dəstəyi də daxildir. Hökumətin maliyyələşdirməsi isə 3 milyard avro təşkil edir. Bu, uzunmüddətli ehtiyacları ödəməyə yönəldilib.







Xəbər news

Xoşbəxtlik hormonu
  • Xəbər news
  • 13:28 18.05.2024
Xoşbəxtlik hormonu
Su həyatdır
  • Xəbər news
  • 10:28 15.05.2024
Su həyatdır