22 oktyabr 2024. Çərşənbə axşamı

Rövşən Nəcəf FIFA-nın Konqresində iştirak edəcək


Rövşən Nəcəf FIFA-nın Konqresində iştirak edəcək

AFFA prezidenti Rövşən Nəcəf Tailandın paytaxtı Banqkoka səfər edəcək.

90deqiqe.Az-ın əldə etdiyi məlumata görə, o, FIFA-nın 74-cü Konqresində iştirak etmək üçün sözügedən ölkəyə yollanacaq.

Toplantı mayın 17-də gerçəkləşəcək.

Qeyd edək ki, Rövşən Nəcəf aprelin 2-də AFFA-nın prezidenti seçilib. /// report.az







Xəbər news