- Xəbər news
- 15:39 14.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Əl Nəsr"in hücumçusu Kriştiano Ronaldo illik qazancına görə dünyanın ən çox maaş alan idmançılarının reytinqində birinci yeri tutub.
90deqiqe.Az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı ulduzun gəliri 205 milyon funt-sterlinqdir.
İkinci yerdə 172 milyon funt-sterlinqlə qolfçu Con Rahm qərarlaşıb. “İnter Mayami”nin futbolçusu Lionel Messi 107 milyon funt-sterlinq qazancla üçüncüdür.
Dördüncü məşhur basketbolçu LeBron Ceymsdir - 101 milyon funt-sterlinq.
İlk 10-luğa Ronaldo və Messidən başqa daha üç futbolçu daxildir - Kilian Mbappe (87 milyon funt sterlinq, 6-cı yer), Neymar (85 milyon funt sterlinq, 7-ci yer) və Kərim Benzema (84 milyon funt sterlinq, 8-ci yer).