- Xəbər news
- 15:39 14.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bu gün AFFA-nın prezidenti Rövşən Nəcəflə Danimarka Futbol Assosiasiyasının (DBU) prezidenti və UEFA-nın İcraiyyə Komitəsinin üzvü Yesper Möller arasında görüş keçirilib.
90deqiqe.Az xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.
Görüşdə AFFA və DBU arasında qarşılıqlı əməkdaşlıqla bağlı ətraflı fikir mübadiləsi aparılıb. Əsasən uşaq futbolunun və hakimliyin inkişafı, eləcə də daxili liqaların formatı barədə müzakirələr olub.
Rövşən Nəcəf AVRO-2024 çərçivəsində keçirəcəyi oyunlarda Danimarka milli komandasına uğurlar arzulayıb. Möller xoş arzulara görə AFFA prezidentinə təşəkkürünü bildirib.
Qeyd edək ki, AFFA prezidenti Tailandın paytaxtı Banqkokda keçirilən FİFA-nın 74-cü Konqresində iştirak edib.