- Xəbər news
- 15:39 14.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Yunanıstanın Lutraki şəhərində keçirilmiş Avropa çempionatında 140 xal toplayaraq ilk dəfə komanda hesabında çempion olan Azərbaycanın U-15 millisi Vətənə qayıdıb.
Azərbaycan Güləş Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, yığmanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin, AGF-nin rəsmiləri, məşqçilər, idmançılar və media nümayəndələri qarşılayıblar.
Məşqçi Namiq Quliyev bu uğur haqqında fikirlərini bölüşüb:
“Xaçmaz Olimpiya İdman Kompleksində yüksək səviyyədə təlim-məşq toplanışı keçdik. Bu da öz bəhrəsini verdi. Avropa çempionatından istədiyimiz nəticə ilə qayıtdıq. Qızıl medallarımızın sayı daha çox ola bilərdi. Rəşid Nazarov (52 kiloqram) son saniyələrdə çempionluğu əldən verdi. Komanda şəklində çempionluq qürurvericidir. Bu, hər məşqçiyə qismət olmur. U-15 komandası əsas yığma üçün təməldir. Bu uşaqlar gələcəkdə Olimpiya, dünya mükafatçıları olacaqlar. Bu yolda onlara uğurlar arzulayıram”.