1 fevral 2026. Bazar günü

Tanınmış rusiyalı məşqçi Arsenal Neftçi'ni keçəcək


Tanınmış rusiyalı məşqçi Arsenal Neftçi'ni keçəcək

“Mənim “Neftçi”yə qarşı oyun təcrübəm var. Ötən il “SKA-Xabarovsk”ı çalışdıranda həmin komandaya səkkiz qol vurmuş və cəmi birini buraxmışdıq”.

Corner.az-ın xəbərinə görə, bu sözləri tanınmış rus məşqçisi, “Rubin”in və “SKA-Xabarovsk”ın sabiq çalışdırıcısı Rinat Bilyaletdinov Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Arsenal” (Tula) – “Neftçi” oyunu ərəfəsində “İzvestiya” qəzetinə söyləyib.

Bununla belə, o qeyd edib ki, yoxlama matçındakı həmin nəticəyə görə Bakı klubunun gücü barədə fikir yürüdülə bilməz: “Bundan yarım ay sonra onlarla çempionat başladı. Güman ki, o vaxtdan komanda ciddi şəkildə dəyişdi. Hesab edirəm ki, “Arsenal”ın yaxşı şansı var və onlar böyük ehtimalla “Neftçi”ni keçəcəklər”.

Xatırladaq ki, “Arsenal” – “Neftçi” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 21.00-da başlanacaq.(qol)







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO