- Xəbər news
- 22:34 14.11.2024
Azərbaycan Kamandan Oxatma Federasiyasının bu gün növbədənkənar ümumi yığıncağı keçirilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, nazirliyin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.
Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Tədbirdə federasiya prezidenti Şahin Mövsümov çıxış edərək təşkilata rəhbərlik etdiyi 16 il ərzində bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirərək istefa verib və yeni seçiləcək federasiya rəhbərliyinə uğurlar arzulayıb.
Sonra AAzərbaycan Kamandan Oxatma Federasiyasının rəhbərliyinə seçki keçirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev federasiyanın prezidenti seçilib.
Yığıncaqda Azərbaycan Kamandan Oxatma Federasiyasının yeni prezidenti Anar Quliyev çıxış edərək göstərilən etimada görə təşəkkür edib, qurumun gələcək fəaliyyəti və qarşıdakı planları barədə danışıb.