31 yanvar 2026. Şənbə

Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevi təbrik edib


Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevi təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanması münasibətilə təbrik edib.

90deqiqe.Az xəbər verir ki, bununla bağlı Birinci vitse-prezident rəsmi sosial şəbəkəsində paylaşım edib.

"İdmançımız Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında Azərbaycana növbəti – 2-ci qızıl medalı qazandırdı! Dünya çempionunu səmimi-qəlbdən təbrik edir, ona güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!", - paylaşımda bildirilib.

 


 







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO