17 iyun 2024. Bazar ertəsi

Azərbaycan para-atleti 4-cü dəfə dünya çempionu olub


Azərbaycan para-atleti 4-cü dəfə dünya çempionu olub

Azərbaycan para-atleti Lamiyə Vəliyeva Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında ikinci qızıl medalı qazanıb.

Milli Paralimpiya Komitəsindən 90deqiqe.Az-a verilən məlumata görə, T13 kateqoriyasında yarışan idmançı 400 metr məsafəyə qaçış üzrə finişə 55.03 saniyəyə çataraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu, 22 yaşlı para-atletin ümumilikdə dördüncü dünya çempionluğudur. Paralimpiya çempionu yarışın ilk günündə 100 metr məsafəyə qaçışda da birinci yeri tutub. O, ötən il isə Fransanın paytaxtı Parisdə təşkil edilmiş dünya çempionatında 100 metr və 400 metr məsafəyə qaçış üzrə qızıl medal qazanıb.

 







Xəbər news

"Cəbrayıl" I Liqaya vəsiqə qazandı
  • Xəbər news
  • 19:36 15.06.2024
"Cəbrayıl" I Liqaya vəsiqə qazandı
Şahmatçımızdan növbəti uğur
  • Xəbər news
  • 14:09 13.06.2024
Şahmatçımızdan növbəti uğur
Messi: "Məşqçi olmaq istəmirəm"
  • Xəbər news
  • 10:04 13.06.2024
Messi: "Məşqçi olmaq istəmirəm"