23 noyabr 2024. Şənbə

Kopa Amerika: İlk dəfə qadın hakimlər iştirak edəcək


Kopa Amerika: İlk dəfə qadın hakimlər iştirak edəcək

Növbəti ay keçiriləcək Kopa Amerika turnirində ilk dəfə olaraq qadın hakimlər iştirak edəcək.

90deqiqe.Az Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) rəsmi saytına əsasən məlumat verir ki, iyunun 20-dən iyulun 14-dək ABŞ-da keçiriləcək turnirdə ümumilikdə 101 matç rəsmisi iştirak edəcək ki, onlardan səkkizi qadındır.

Braziliyadan Edina Alveş və ABŞ-dan Mariya Viktoria Penso turnirdə hakim kimi iştirak edəcəklər. Onlara VAR rəsmisi olaraq Nikaraquadan Tatiana Quzman dəstək göstərəcək.

Braziliyalı Neuza Back, kolumbiyalı Mari Blanko, venesuelalı Miqdalia Rodriges və amerikalılar Bruk Mayo və Ketrin Nesbitt isə köməkçi hakimlər qismində turnirə qatılacaqlar.

2021-ci ildə Alves, kişilər arasında keçirilən FIFA turnirində (Klublararası Dünya Kuboku) hakimlik edən ilk qadın olub. Back və Nesbitt isə 2022-ci ildə Qətərdə keçirilən Dünya Kubokunda matçlara hakimlik ediblər. Penso, Mayo və Nesbitt isə 2024-cü ildə Fransada keçiriləcək Olimpiya Oyunlarında matç rəsmisi kimi çıxış edəcəklər. 







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir