1 fevral 2026. Bazar günü

Londonda Məsut Özilə bıçaqlı hücum - VİDEO


Londonda Məsut Özilə bıçaqlı hücum - VİDEO
 "Arsenal”ın türk əsilli almaniyalı futbolçusu Məsut Özil Londonda bıçaqlı hücuma məruz qalıb.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə zamanı Özil komanda yoldaşı Sead Kolaşinaçla bərabər olub.

Motosiklet sürücüsünün geyimindən və baş örtüyündən istifadə edən soyğunçu futbolçulara bıçaqla hücum edib. Hadisə Londonda türklərin çalışdırdığı bir restoranın yaxınlığında baş verib.Soyğunçu həm Kolaşinaçın, həm də restoranda çalışanların səyi nəticəsində istəyinə çata bilməyib. O, hadisə yerindən uzaqlaşıb.

Hadisə yerinə polis gəlib. London polisi insidentlə bağlı araşdırmalar aparır. Hücumun soyğunçuluq məqsədilə edildiyi ehtimal edilir.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO