31 yanvar 2026. Şənbə

Madrid məhkəməsi qərarını açıqladı


Madrid məhkəməsi qərarını açıqladı

Madrid məhkəməsi Avropa Superliqasının UEFA və FİFA-ya qarşı iddiasını qismən təmin edib.

90deqiqe.Az "AS" nəşrinə istinadən xəbər verir ki, qərarda FİFA və UEFA-nın üzərinə sanksiya tətbiq edilmiş anti-rəqabətli davranışı dayandırmaq və gələcəkdə onun təkrarlanmasını qadağan etmək, həmçinin yarışdan əvvəl və ya yarış zamanı baş vermiş rəqabətə zidd davranışın bütün nəticələrini dərhal aradan qaldırmaq öhdəliyi qoyulub. 

O da qeyd olunur ki, bu qərar qəti deyil və hələ də apellyasiya şikayəti verilə bilər.Bu qərar Avropa İttifaqı Ədalət Məhkəməsinin ötən ilin dekabrında verdiyi qərara uyğundur.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO