17 iyun 2024. Bazar ertəsi

"İmişli" və "Şamaxı" Premyer Liqada, "Balxurma Balakən" Yüksək Qızlar Liqasında


"İmişli" və "Şamaxı" Premyer Liqada, "Balxurma Balakən" Yüksək Qızlar Liqasında

Bugünkü iclasda AFFA-nın Lisenziya Komissiyası 2024/2025-ci illər mövsümündə Misli Premyer Liqasında, I Liqa yarışlarında və AFFA Yüksək Qızlar Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərini nəzərdən keçirib.

90deqiqe.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2023) 9-cu maddəsinə əsaslanan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:

Premyer Liqa Lisenziyaları

Lisenziya verilən klublar:

“İmişli” PFK, “Şamaxı” FK İB

Lisenziya verilməyən klublar:

“İrəvan” FK, “Qaradağ Lökbatan” FK, MOİK PFK, “Zaqatala” PFK

 

I Liqa Lisenziyaları

Lisenziya verilən klublar:

“Araz Saatlı” FK, “Baku Sportinq” FK, “Difai” FK, “Cəbrayıl” FK, “Füzuli” FK, “Karvan” Yevlax FK, “Kür-Araz” FK, “Qaradağ Lökbatan” FK, “Mingəçevir” FK İB, MOİK PFK, “Şahdağ Qusar” FK, “Zaqatala” PFK

Lisenziya verilməyən klublar:

“Ağdaş” İK, “Dinamo” (Bakı) FK İB, “Göygöl” FK, “İrəvan” FK, "Lerik" FK, “Sheki City”, “Şəfa” FK, “Şəmkir” PFK

 

Yüksək Qızlar Liqası Lisenziyaları
Lisenziya verilən klublar:

“Baku Juniors” İK, “Balxurma Balakən” FK
 (Qeyd: “Balxurma Balakən” FK növbəti mövsümdən etibarən "Dirçəliş" FK adı ilə çıxış edəcək). 

Lisenziya iddiaçıları, lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə müraciət edə bilərlər. 

Qeyd etmək lazımdır ki, Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaların 14-cü maddəsinə uyğun olaraq, Premyer Liqada iştirak etmək üçün lisenziya almış klublar, avtomatik olaraq eyni mövsüm üçün I Liqada iştirak etmək üçün də lisenziya almış hesab olunurlar.







Xəbər news

"Cəbrayıl" I Liqaya vəsiqə qazandı
  • Xəbər news
  • 19:36 15.06.2024
"Cəbrayıl" I Liqaya vəsiqə qazandı
Şahmatçımızdan növbəti uğur
  • Xəbər news
  • 14:09 13.06.2024
Şahmatçımızdan növbəti uğur
Messi: "Məşqçi olmaq istəmirəm"
  • Xəbər news
  • 10:04 13.06.2024
Messi: "Məşqçi olmaq istəmirəm"