27 iyul 2024. Şənbə

Ronaldo yeni rekorda imza atıb


Ronaldo yeni rekorda imza atıb

Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqasında qol vurmaq üzrə yeni rekorda imza atıb

90deqiqe.Az xəbər verir ki, Kriştianu Ronaldo, "Əl-Nassr"ın "Əl-İttihad"a qarşı etdiyi dubldan sonra Səudiyyə Ərəbistanı Pro Liqası mövsümündə vurduğu qolların sayını 35-ə çatdıraraq yeni rekorda imza atıb. 

39 yaşlı futbolçu 4:2 hesabı ilə bitən oyunda iki qol vurub ki, bu da 2018-19-cu ildə Abderrazak Hamdallahın vurduğu 34 qolluq nəticəni ötməyə kifayət olub. 

Portuqaliyalı hücumçu 2023-cü ilin yanvarında "Mançester Yunayted"dən ayrıldıqdan sonra" Əl-Nassr"də yarışlarda 69 oyunda 64 qol vurub.

Ronaldo indi 22 illik karyerasında "Sportinq Lissabon" , "Mançester Yunayted", "Real Madrid" və "Yuventus" klublarında 765 qola imza atıb.

O, həmçinin, Portuqaliya millisində keçirdiyi 206 oyunda vurduğu 128 qol ilə beynəlxalq qol rekorduna sahibdir.







Xəbər news