25 may 2026. Bazar ertəsi

İspan futbolçuları daşıyan təyyarə təcili eniş edib


İspan futbolçuları daşıyan təyyarə təcili eniş edib

İspaniyanın "Kadis" futbol klubunun oyunçularını daşıyan təyyarə, mühərrikdə yaranmış problem səbəbindən məcburi eniş edib.

90deqiqe.Az bu barədə “Marca”ya istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, havaya qalxdıqdan on dəqiqə sonra El Salvadora gedən “Boeing 767” təyyarəsinin mühərrikində problem yaranıb. Təyyarənin kapitanı təcili olaraq Sevilya hava limanına eniş edib.

“Öləcəyimizi düşünürdük. Mühərriklərdən birində kiçik partlayış oldu və bizə dedilər ki, eniş edirik. Xoşbəxtlikdən hər şey yaxşı qurtardı", - deyə “Kadiz”in futbolçusu Aleks Fernandez bildirib.

Yoldaşlıq görüşü ləğv edilib və komanda geri dönüb.







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı