28 may 2026. Cümə axşamı

Klublararası dünya çempionatının tarixi bilindi


Klublararası dünya çempionatının tarixi bilindi

Klublararası dünya çempionatının tarixi müəyyənləşib.

Corner.az FİFA-nın rəsmi saytına istinadən  xəbər verir ki, Qətərdə keçiriləcək çempionat dekabrın 11-də başlayacaq, dekabrın 21-də yekunlaşacaq.

Turnirə 7 klub qatılacaq. Artıq onlardan beşinin adı məlumdur. Bunlar “Liverpul” (İngiltərə), “Monterrey” (Meksika), “Esperans” (Tunis), “Əl-Sədd” (Qətər) və “Yeqen Sport”dur (Yeni Kaledoniya). Siyahıya Cənubi Amerikada Libertadores kubokunun və Asiya Çempionlar Liqasının qalibi də əlavə olunacaq.

Qeyd edək ki,  turnirin açılış oyununda “Əl Sədd”lə “Yeqen Sport” qarşılaşacaq.







Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı