20 iyun 2024. Cümə axşamı

Futbolun İnkişaf Fondu tərəfindən ianə olunan toplar Laçında uşaqlara verilib


Futbolun İnkişaf Fondu tərəfindən ianə olunan toplar Laçında uşaqlara verilib

Futbolun İnkişaf Fondu (FİF) tərəfindən ianə olunan toplar Laçın şəhərində uşaqlara təqdim edilib.

90deqiqe.Az qurumun "feysbuk" səhifəsinə istinadən xəbər verir ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlər Komitəsi və Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının təşkilatçılığı ilə Laçın şəhər 2 saylı tam orta məktəb və Laçın rayonu, Zabux kənd tam orta məktəbinin şagirdləri arasında minifutbol üzrə yoldaşlıq oyunu keçirilib.

Laçın İdman Kompleksində baş tutan oyunda FİF tərəfindən uşaqlara toplar təqdim olunub.

Qeyd edək ki, Futbolun İnkişaf Fondu 2023-cü ildə UEFA Uşaq Fondundan verilən mükafat çərçivəsində uşaq futbolunun inkişafı məqsədilə Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasına 500 futbol topu ianə edib.







Xəbər news

"Boston" NBA çempionu oldu  - Rekord
  • Xəbər news
  • 11:12 18.06.2024
"Boston" NBA çempionu oldu - Rekord
"Cəbrayıl" I Liqaya vəsiqə qazandı
  • Xəbər news
  • 19:36 15.06.2024
"Cəbrayıl" I Liqaya vəsiqə qazandı