- 20:25 01.06.2024
GÜNƏŞ yaşam enerjisi və həyat qaynağıdır. Bu yeni məlumat deyil heç kim üçün.
Bəs Günəş şualarının şəfalandıraraq sizə bəxş etdiyi qidaların dəyərini bilirsinizmi?
Heç o qidalara fərqindəliklə , mövsümündə və yetəri qədər önəm vermisinizmi?
Az qala “yaraşıqlı” almaları belə peçatlı və paketə girmiş şəkildə satın alırsınız və bütün bu qidaların vücudunuzu plastikləşdirdiyini bilirsinizmi?
Günəş yeyin deyərkən , günəşin şuasından reng almış və dad toplamış qidaları nəzərdə tuturam əlbətdə ki və bir çox sağlıq problemlərini bu vasitəylə yoluna qoya bilərsiniz.
Bəs bilirsiz “GÜNƏŞ” nece yeyilir?)))
Gəlin danışaq...
Bütün rəngləri özündə cəmləşdirən meyvələr, tərəvəzlər ,çeşid -çeşid torpağın altından çıxan,üstündə yetişən möcüzələr varkən, inandırım sizi ki kələmlə sadece turşu qoyan və dolma bişirən, çuğunduru sadece borşa əlave edən, ağ turp, qırmızı kök, kök kərəviz, qırmızı kartof, kök zəncəfilin hələ nece fərqli halda istifade edeceyini bilməyən, dadına baxmayan , evinə almayan insanlar var və ən marağlısıda odur ki bunlar çox ucuzdur və Azerbaycan bütün bunların cənnətidir.
Lakin diqqət edin ki bütün bunları ancaq mövsümündə yeyəndə günəş enerjisini ala bilirsiniz, qışda yediyiniz pamidor, xiyar ,mağaza rəflərində gördüyünüz çiyələklər bura ait deyil..
Biz vitamin deyilərkən mandarin ve almanı gözümüzün önünə gətirən millətik, amma olmasın belə.
Bol bol kök yeyin , turp yeyin, kələm yeyin, göyərti yeyin.
Bilirsiniz nə olacaq?
Siz daha təravətli dəriye, daha incə belə, daha yüksək əhval ruhiyeye sahib olacaqsız və ən əsası sizi harda otursaz orda yuxu aparmayacaq:)))
İnsulin dəyərləriniz aşağı düşdükcə digər hormonlarında zamanla balansa gəldiyini görəcəksiniz.
Təbii ki sadece bunlarla qidalanın demirem , lakin balansı qurmağa çalışın .
Qidanın xarakterinizi belə gözəl yöndə dəyişdiyini göreceksiniz..
Odur ki "GÜNƏŞ” yeyin əzizlərim...
Günəş kimi valehedici olun.
Dietoloq-Epigenetik kouç Səma Cəbiyeva