26 mart 2026. Cümə axşamı

Ramil Şeydayevdən qol ötürməsi


Ramil Şeydayevdən qol ötürməsi

Rusiya Premyer Liqasında 3-cü tura start verilib.

Corner.az-ın məlumatına görə, turun açılış oyununda millimizin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Dinamo" öz doğma meydanında "Ural"la qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb.

"Dinamo" - "Ural" - 2:0
Qollar:
 Yusupov, 16, Pançenko, 31

Millimizin hücumçusu start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb. Ramil 31-ci dəqiqədə Pançenkonun vurduğu qolun ötürməsini verib.

Qeyd edək ki, bu mövsüm ilk qələbə ilə xalını 4-ə yüksəldən Moskva təmsilçisi turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Bu mövsüm ilk məğlubiyyətini görən "Ural" isə 6 xalla 2-cidir.(qol)







Xəbər news