20 iyun 2024. Cümə axşamı

Azərbaycan İdmançılarının reytinq cədvəli açıqlandı


Azərbaycan İdmançılarının reytinq cədvəli açıqlandı

Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2024-cü ilin iyun ayı üçün reytinq cədvəlini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, bədii gimnastika üzrə Azərbaycan yığması 675 xalla birinci pillədə qərarlaşıb.

Bədii gimnast Zöhrə Ağamirova 495 xalla ikinci, Azərbaycanın cüdo millisinin lideri Hidayət Heydərov 450 xalla üçüncüdür.

İdman gimnastı Nikita Simonov (430 xal), cüdoçu Yaşar Nəcəfov (370 xal), atlet Anna Skidan (360 xal), cüdoçular Elxan Hacıyev (350 xal), Zelim Kotsoyev (340 xal), Leyla Əliyeva (340 xal) və Rəşid Məmmədəliyev (305 xal) ilk "10-luğ"u tamamlayıblar.

Reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq turnirlər öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.







Xəbər news

"Boston" NBA çempionu oldu  - Rekord
  • Xəbər news
  • 11:12 18.06.2024
"Boston" NBA çempionu oldu - Rekord
"Cəbrayıl" I Liqaya vəsiqə qazandı
  • Xəbər news
  • 19:36 15.06.2024
"Cəbrayıl" I Liqaya vəsiqə qazandı