28 sentyabr 2024. Şənbə

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının Olimpiadaya lisenziyası təsdiqlənib


  • Offside
  • 14:40 04.06.2024
  • Oxunma sayı: 121
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının Olimpiadaya lisenziyası təsdiqlənib

Azərbaycan Gimnastika Komandası, 22-26 may tarixlərində Budapeştdə keçirilən Avropa çempionatında göstərdiyi  performans ilə "Paris-2024" Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib.

90deqiqe.Az qurumun mətbuat xidmətinə istinadən məlumat verir ki, milli komanda, çoxnövçülük proqramında 70,200 xal toplayaraq 4-cü yerdə qərarlaşıb və bu sayədə Olimpiya Oyunlarına qatılmaq hüququ qazanıb. Beləliklə, ölkəmizin gimnastika komandası üç lisenziyaya sahib olub. 

Xatırladaq ki, Paris-2024 Yay Olimpiya Oyunlarına ilk lisenziyanı böyük fərdi gimnastımız Zöhrə Ağamirova əldə edib. İkinci lisenziyanı isə batut gimnastikası üzrə təmsilçimiz Selcan Mahsudova qazanıb. 







Xəbər news