20 iyun 2024. Cümə axşamı

“Red Bull Car Park Drift”in Azərbaycan üzrə milli finalı keçiriləcək


  • Offside
  • 12:39 05.06.2024
  • Oxunma sayı: 72
“Red Bull Car Park Drift”in Azərbaycan üzrə milli finalı keçiriləcək

İyunun 9-da Dənizkənarı bulvarda dünyanın ən həyəcanlı drift yarışlarından biri olan “Red Bull Car Park Drift”in Azərbaycan üzrə milli finalı keçiriləcək.

Azərbaycan Avtomobil Federasiyası (AAF), “Red Bull” şirkəti və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə baş tutacaq və özünəməxsus sərt qaydalarla zəngin olan “Red Bull Car Park Drift” yarışında ən bacarıqlı 16 iştirakçı milli final mərhələsinə yüksələcək. Burada isə beynəlxalq münsiflər heyəti maneələri ustalıqla keçən və ən yaxşı drift göstərən iştirakçını qalib elan edəcək. Seçiləcək qalib, yəni ən yaxşı drifter, Omanda 25 ölkənin qatılacağı “Red Bull Car Park Drift”in dünya finalında Azərbaycanı təmsil edəcək.

2012-ci ildə Əbu-Dabidə ən uzun drift edərək adını “Ginnesin Rekordlar Kitabı”na yazdıran dünya şöhrətli Abdo Feqali də yarışda iştirak edənlərə dəstək olmaq üçün növbəti dəfə Bakıya gələcək. Abdo Feqali ötən il də “Red Bull Car Park Drift Azerbaijan”ın qonağı olmuşdu. O, həmçinin 2008-ci ildə Livanda keçirilən ilk “Red Bull Car Park Drift” yarışının da qalibidir.

Tamaşaçıların yarışı daha rahat izləmələri üçün tribunalara biletləri iTicket.az saytından və ya şəhərin kassalarında əldə etmək mümkündür.

Əlavə olaraq, tamaşaçıların maraqlı vaxt keçirməsi üçün drift ərazisində müxtəlif əyləncələr nəzərdə tutulub. Tədbirin xüsusi qonağı isə tanınmış ifaçı Orxan Zeynallı olacaq. O, öz sevilən hitləri ilə drift trekində çıxış edərək maneələrlə dolu sürət yarışına fərqli həyəcan yaşadacaq.

Odur ki, bütün drift həvəskarlarını iyunun 9-da saat 14:00-da Dövlət Bayrağı Meydanının parkinq ərazisində gözləyirik.







Xəbər news

"Boston" NBA çempionu oldu  - Rekord
  • Xəbər news
  • 11:12 18.06.2024
"Boston" NBA çempionu oldu - Rekord
"Cəbrayıl" I Liqaya vəsiqə qazandı
  • Xəbər news
  • 19:36 15.06.2024
"Cəbrayıl" I Liqaya vəsiqə qazandı