29 noyabr 2024. Cümə

Bakıda ilk dəfə “Peking to Paris Motors Challenge” yarışı baş tutub


Bakıda ilk dəfə “Peking to Paris Motors Challenge” yarışı baş tutub

Gənclər və İdman Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) dəstəyi ilə Azərbaycanda ilk dəfə “Peking to Paris Motors Challenge” beynəlxalq yarışının 8-ci mərhələsi keçirilib.

 90deqiqe.Az-ın məlumatına görə, Dənizkənarı Milli Parkda yerləşən “Yeddi Gözəl” fəvvarəsinin yanında baş tutan tədbirdə retro avtomobil sevənlər bir araya gəliblər.

"Peking to Paris Motors Challenge" təkcə avtomobil yarışı deyil, həm də macəra və dözümlülük sınağıdır. İştirakçılar retro avtomobillər ilə təxminən 14.000 km məsafə qət edərək dünyanın ən çətin marşrutlarından birində yarışırlar.

Otuz yeddi gün davam edəcək “Peking to Paris Motors Challenge” beynəlxalq yarışı mayın 18-də Çin Xalq Respublikasında başlamaqla Monqolustan, Qazaxıstandan keçərək Azərbaycana çatıb.

200 nəfər iştirakçının qatıldığı turnirin Fransada başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, “Peking to Paris Motors Challenge” 1907-ci ilin ilk qabaqcıl yollarında davam edən və əsl dözümlü motor rallisidir.

Tədbir mədəniyyətimizin nümayişi və şənliklə başa çatıb.







Xəbər news

 Fatih Terim Bakıya gəlir
  • Xəbər news
  • 22:34 14.11.2024
Fatih Terim Bakıya gəlir