Dundalk Bakıya qələbə ilə gəlir
Qarabağ'ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Dundalk" İrlandiya çempionatında növbəti oyununu keçirib.Corner.az-ın məlumatına görə, paytaxt təmsilçisi 27-ci turda "Sent Patrik`s Atletik" klubu ilə üz-üzə gəlib. Görüşün taleyini 1 qol həll edib. Qonaqlar 51-ci dəqiqədə Con Mauntninin vurduğu qolla 3 xal qazanıblar.Bu qələbədən sonra xallarının sayını 59-a çatdıran "Dundalk" turnir cədvəlinə başçılıq edir.Qeyd edək ki, "Qarabağ"la "Dundalk" arasında cavab oyunu iyulun 31-də "Dalğa Arena"da keçiriləcək və yerli vaxtla 21:00-da başlayacaq. Dublindəki ilk matçda qalib müəyyənləşməyib - 1:1.