- Xəbər news
- 15:39 14.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Parisin meri Ann İdalqo, Emmanuel Makronun Olimpiya Oyunları öncəsi parlamenti buraxmaq qərarından narahat olduğunu ifadə edib.
90deqiqe.Az xəbər verir ki, bu haqda "Ea Daily" məlumat yayıb. İyun ayının 9-da, bazar günü, Fransa Prezidenti Emmanuel Makron, Olimpiya Oyunlarından bir neçə həftə əvvəl parlament seçkilərini elan edib. Paris meri İdalqo, Fransa dövlət başçısının Milli Məclisi (parlamentin aşağı palatası) buraxmaq qərarından narahatdır.
O, “Bir çox insan kimi, prezidentin parlamenti buraxmaq qərarını öyrənəndə şok oldum. Oyunlar ərəfəsində belə bir buraxılış çox narahatedicidir,” deyə bildirib.
Bu qərar, Emmanuel Makronun "Rönesans" partiyasının Avropa Parlamenti seçkilərində məğlubiyyəti fonunda qəbul edilib. Prezidentin partiyası 15,4% səs toplayıb ki, bu da Marin Le Penin 32% toplayan sağçı Milli Ralli partiyasının yarısı qədərdir.
Xatırladaq ki, Paris Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.